Newscenter.az.1.02.2022. "Ötən il Bakı şəhəri üzrə 158 nəfər sağlamlıq imkanları məhdud olan 0-6 yaşlı uşaqların ilkin qiymətləndirilməsi aparılıb".
Newscenter.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov brifinqdə deyib.
O bildirib ki, həmin uşaqlardan 118 nəfəri səyyar sosial reabilitasiyaya cəlb olunub.
Sədr deyib ki, hazırda Agentliyin 13 müəssisəsi üzrə 1430 nəfərə sosial xidmət göstərilir.