Newscenter.az.1.02.2022. Bakıda quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub.
Bu barədə Newscenter.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Zərərçəkmişin qonşusu, 1990-cı il təvəllüdlü Mehman Mansurov şübhəli şəxs qismində saxlanılıb.
İstintaq davam etdirilir.