Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beyləqan rayon sakinindən silah və narkotik götürülüb



Newscenter.az.1.02.2022. Beyləqan rayon sakinindən silah və narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Rahib Məmmədovun idarə etdiyi avtomobil saxlanılıb.

Avtomobilə baxış keçirilən zaman 1 ədəd atəşə yararlı “Makarov” markalı tapança, tapançaya məxsus 1 ədəd sandıqça və 3 ədəd patron, eləcə də 1 ədəd sellofan torbacıqda qablaşdırılmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılaraq istintaq aparılır.
Xəbəri paylaş