Newscenter.az.1.02.2022. Bir sıra sosial şəbəkə hesabarında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin “Qubadlı” gömrük postundan keçən nəqliyyat vasitələrindən toplanan gömrük ödənişlərinin miqdarı ilə bağlı səsləndirdiyi rəqəmlərə şübhə ilə yanaşılıb, dekabr və yanvar aylarında açıqlanan rəqəmlərin bir-birindən fərqlənmədiyi qeyd olunub.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama yayan Dövlət Gömrük Komitəsi bildirir ki, son bir ayda əlverişsiz hava şəraiti ilə əlaqədar “Qubadlı” gömrük postundan keçən nəqliyyat vasitələrinin həcmində kəskin azalma müşahidə olunub.
Yanvar ayı ərzində bu postdan 109 nəqliyyat vasitəsi keçib. Məhz buna görə dekabr və yanvar aylarında açıqlanan yekun rəqəmlərdə ciddi fərq yaranmayıb və məlumatda yanlışlıq yoxdur.
Sevinc