Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən il 16 dini icma dövlət qeydiyyatından keçib



Newscenter.az.1.02.2022. 2021-ci ildə 16 dini icma dövlət qeydiyyatından keçirilib, bununla da icmaların sayı 971-ə çatıb.

Newscenter.az xəbər verir ki, bunu DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə Dövlət Komitəsinnin 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn kollegiya iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda 9 dini icmanın sənədləri yoxlanılır:

"Eyni zamanda, 1 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib. 2021-ci ildə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında idxalı nəzərdə tutulan 5847 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınıb".

Komitə rəsmisi onu da deyib ki, ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilən 260 adda dini ədəbiyyat ekspertizadan keçirilib:

"Həmçinin hüquq mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 104 adda dini təyinatlı ədəbiyyatdan zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edilənlər müəyyən olunub. Hesabat dövründə 415 adda (752 560 ədəd) dini təyinatlı ədəbiyyata nəzarət markaları verilib".

Mehman
Xəbəri paylaş