Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mina qurbanlarına və onların ailələrinə maliyyə dəstəyi göstəriləcək



Newscenter.az.1.02.2022. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Füzuli, Tər-tər və Qazax rayonlarında yaşayan mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılması” adlı növbəti layihəsinin icrasına başlayır.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı İctmai Birliyin sədri Hafiz Səfixanov verib. O bildirib ki, layihənin məqsədi Füzuli, Tər-tər və Qazax rayonlarında yaşayan mina qurbanlarına və onların ailələrinə təmannasız maliyyə dəstəyinin göstərilməsi yolu ilə onların iqtisadi inteqrasiyasına nail olmaqdan, iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasına və ləyaqətlə yaşamasına kömək etməkdən ibarətdir. Bunun üçün hər rayondan olan bir mina qurbanına və onun ailəsinə özlərinin işlədə biləcəkləri kiçik biznes sahəsinin yaradılması nəzərdə tutulur.

Layihənin icra müddəti 4 aydır.

Sevinc
Xəbəri paylaş