Ötən ay Azərbaycanda 53 yol qəzası olub, 60 nəfər ölüb
Tarix: 1-02-2022, 10:36
Newscenter.az.1.02.2022. Ötən ay Azərbaycanda yol qəzalarında ölən şəxslərin sayı açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 1-dən fevralın 1-dək respublikanın avtomobil yollarında 53 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 60 nəfər ölüb, 33 nəfər xəsarət alıb.