Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən il Azərbaycandan əcnəbi vətəndaşlara övladlığa uşaq verilməyib



Newscenter.az.1.02.2022. "Ötən il Azərbaycandan əcnəbi vətəndaşlara övladlığa uşaq verilməyib".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov bildirib.

Onun sözlərinə görə, həmin müddət ərzində əcnəbilər tərəfindən övladlığa uşaq götürmə ilə bağlı müraciət olmayıb.

Sədr deyib ki, ötən il yalnız ailəli şəxlərə övladlığa uşaq verilib: "Yəni heç bir subay vətəndaş övladığa uşaq götürməklə bağlı müraciət etməyib. Uşaq götürən ailələrlə keçirilən monitorinq zamanı heç bir neqativ hal qeydə alınmayıb. Həmçinin ötən il sağlamlıq imkanı məhdud uşaqlardan övladlığa götürülən olmayıb".

Qeyd edək ki, 2019-cu ildən övladlığa uşaq götürmə ilə bağlı səlahiyyətlər nazirliyin tabeliyinə verilib.
Xəbəri paylaş