Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin: “Rusiyanı aldadıblar"

Putin: “Rusiyanı aldadıblar"


Newscenter.az.1.02.2022. “Rusiyanı NATO-nun şərqə doğru genişlənməyəcəyinə söz verərək aldadıblar".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla danışıqların yekunlarından sonra deyib.

"Bizə NATO blokunun şərqə doğru irəliləməyəcəyinə dair vədlər verilmişdi. Bunu hamı yaxşı bilir. Bu gün biz NATO-nun Polşa, Rumıniya, Baltikyanı ölkələrdə yerləşdiyini görürük. Bir şey dedilər, başqa cür etdilər", - Putin bildirib.

Putin qeyd edib ki, bu ölkələrdə MK-41 buraxılış qurğuları var ki, onların üzərində Rusiya ərazisini minlərlə kilometr əhatə edəcək “Tomahawk” zərbə sistemləri quraşdırıla bilər.

Rusiya lideri vurğulayıb ki, NATO-nun “açıq qapı” siyasəti hüquqi baxımdan tətbiq edilə bilməz:

“Deyirlər ki, bu, “açıq qapı” siyasətidir. Bu, harada yazılıb? Heç yerdə. 1949-cu il müqaviləsinin 10-cu maddəsində alyansın digər Avropa ölkələrini də bu təşkilata qəbul edə bilməsi yazılmayıb. Prosesin bütün iştirakçılarının: Ukraynanın, Avropa ölkələrinin və Rusiyanın maraqlarını və təhlükəsizliyini təmin etmək üçün bir yol tapmaq lazımdır".
Xəbəri paylaş