Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabirabadda 2 fevral-Gənclər Günü qeyd edilib



Newscenter.az.1.02.2022. 2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində Sabirabad rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təşəbbüsü ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində tədbir təşkil olunub.

Newscenter.az xəbər verir ki, tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabarov, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, rayonda fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri, rayon ictimaiyyətində təmsil olunan gənclər iştirak ediblər.
İlk öncə Sabirabad rayon Gənclər və İdman İdarəsinin “Gənclər həftəsi” çərçivəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən videoçarx iştirakçılara nümayiş olunub.

Daha sonra tədbirdə çıxış edən Siraqəddin Cabarov Gənclər Günü münasibətilə gəncləri təbrik etmiş, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərlə bağlı həyata keçirilən mütərəqqi dövlət siyasətindən danışıb.

Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabirabad rayon nümayəndəliyinin direktoru Rəşad Qurbanov da çıxış edərək, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulamış, ölkəmizin gələcək inkişafında Azərbaycan gəncliyinin əhəmiyyətli rolundan söhbət açıblar.

Tədbirin davamında 2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Sabirabad rayonun ictimai-siyasi həyatında fəallıq göstərən 10 gənc müxtəlif nominasiyalar üzrə Sabirabad rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Sabirabad Regional Mədəniyyət İdarəsi də ötən il ərzində gənclər sahəsində göstərdiyi fəal fəliyyətə görə Sabirabad rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı ilə təltif olunub.

Tədbirin bədii hissəsində Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil edilən konsert proqramı nümayiş olunmuşdur. Konsert proqramında İdarənin xidməti əhatəsindəki mədəniyyət müəssiəslərinin əməkdaşlarının ifasında müxtəlif musiqi nümunələri səsləndirilib.

Həmçinin, Əhmədabad kənd Folklor evinin “Axısxa Halay-Türk” folklor kollektivi də maraqlı rəqslə çıxış ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Ruhiyyə
Xəbəri paylaş