Newscenter.az.1.02.2022. "İndiki mərhələdə Qarabağda görüləsi çox iş var. Kənd təsərrüfatından heyvandarlığa, sənayedən yollara qədər intensiv iş və tikinti gedir".
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında deyib.
"Biz, həmçinin qarşılıqlı danışıqlar yolu ilə irəliləyişin necə olacağını, bunun müdafiə və təhlükəsizliyə təsirini müzakirə etdik", - Akar qeyd edib.