Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güclü lider və onun qalib gəncləri



Newscenter.az.2.02.2022. Azərbaycanda gənclərlə bağlı təşkilatlanmanın və davamlı inkişafı hədəfləyən sistemli strategiyanın formalaşma tarixi Ümummilli Liderin adı ilə, hakimiyyətdə olduğu dövrlə bağlıdır. “Gənclər günü”nün yaddaşını Ulu Öndərin qərarları ilə bərabər, yeni dünyanın siyasi fenomeni, eləcə də XXI əsrin qalib sərkərdəsi Prezident İlham Əliyevin dəmir iradəsi, zəfəri hədəfləyən siyasi manevrləri bəzəyir.

Uğurla həyata keçirilən mütərəqqi gənclər siyasəti

Bəli, Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar. Bununla da gənclərimiz fevralın 2-ni Azərbaycanda gəncləri günü elan edən Ulu Öndər Heydər Əliyevin tövsiyələrini yerinə yetirdilər, Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular.

Ümumiyyətlə, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Bu, ondan irəli gəlir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, onun dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan Prezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.

Əsrin qələbəsi kimi qiymətləndirilən zəfərimizin memarının adı xalqın qəlbində əbədi həkk olundu. Bəli, bu il qalib Azərbaycan gəncləri, həmişəkindən fərqli olaraq xüsusi hiss və qürurla öz “Gənclər günü”nü qeyd edir. Bu gəncliyin güclü Lideri var. Qalib gənclik öz Lliderinə, Azərbaycan Prezidenti İlham Əliyevə həmişə sadiq və minnətdardır!

Şəhid gənclərimizi ehtiramla anırıq

Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik mərtəbəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi.

Vətən müharibəsində şəhid olan gənclərimizi Gənclər Günündə bir daha ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Azərbaycan onların əziz xatirəsini hər zaman uca tutacaq.

PS: Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Azərbaycan gəncliyi sabahın əsl qayğıkeşləri olacaq.

Aygül Bağırova
AJB üzvü
YAP fəalı
Xəbəri paylaş