Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb



Newscenter.az.2.02.2022. Əziz gənclər 2 fevral-Gənclər Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm !
Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.

Gənclərimiz əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı davamlı inkişaf strategiyasının möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilməsində fəal iştirak edirlər.

Bir daha Sizin hər birinizi Gənclər Günü münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, ailə səadəti və dövlətimizin inkişafı naminə gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Ramil Həsən-Milli Məclisin deputatı
Xəbəri paylaş