Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəlbəcərə gedən Azərbaycan maşınlarını erməni separatçı yoxlayır - SENSASİON VİDEO



Newscenter.az.2.02.2022. Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobilini rus sülhməramlıları ilə yanaşı Qarabağdakı erməni separatçısının yoxlaması etirazlara səbəb olub.

Avropa.info xəbər verir ki, Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkət edən avtomobillərin növbəti yoxlamasının çəkilişi aparılıb. Avtomobilləri Rusiya sülhməramlıları yoxlayır. Lakin videoda etirazla qarşılanan görüntülər meydana çıxıb.

Belə ki, videoda polis uniforması geyinmiş erməni separatçısının Rusiya sülhməramlıları ilə birlikdə Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkət edən Azərbaycan avtomobilini yoxladığı görünür.

Bu da sosial şəbəkələrdə haqlı narazılıqla qarşılanıb. Rusiya sülhməramlıları ilə birgə Azərbaycan maşınlarını yoxlayan bu separatçı kimdir? Niyə rus sülhməramlıları buna imkan verirlər?

Xəbəri paylaş