Newscenter.az.3.02.2022. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 2022-ci il fevralın 2-də ölkə üzrə 398 ictimai iaşə obyektində 714 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Yasamal rayonu, A. Mirzəyev küç., 583-cü məhəllədə yerləşən, fiziki şəxs Məmmədov Əlisahib Qulammirzə oğluna məxsus kafe;
2. Bakı şəhəri, Yasamal rayonu, S. Dadaşov küç., 556/557-ci məhəllədə yerləşən, fiziki şəxs Baxışova Elnarə Rafiq qızına məxsus “Papaq” çay evi;
3. Bakı şəhəri, Xətai rayonu, Telnov küç., ev 20/22 ünvanında yerləşən, hüquqi şəxs “Lea” MMC-yə məxsus “Coffelea” restoranı;
4. Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küç., ev 23, 1-ci mərtəbədə yerləşən, fiziki şəxs Qasımzadə Pərşan Niyazi qızına məxsus restoran;
5. Bakı şəhəri, Nizami rayonu, K. Əfkari küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs İslamov İslam Kamal oğluna məxsus restoran;
6. Hacıqabul rayonu, Bakı-Şirvan yolu, Hacıqabul şəhərində yerləşən, fiziki şəxs Rustamov Mikayıl İsmayıl oğluna məxsus restoran.
AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Sevinc