Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və İran gömrükçüləri arasında görüş keçirilib



Newscenter.az.3.02.2022. Fevralın 2-də Azərbaycan Respublikasının Astara şəhərində İran və Azərbaycan gömrük xidmətlərini təmsil edən nümayəndə heyətləri arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, İran nümayəndə heyətinə Astara gömrük-keçid məntəqəsinin rəisi Səid Nadiri rəhbərlik edib.

Görüşdə iki ölkə arasında münasibətlərdən, iqtisadi əlaqələrin möhkəmləndirilməsi və ticarətin artması müzakirə olunub. Hər iki tərəf nəqliyyat vasitələrinin keçidində yarana biləcək hər hansı problemin dərhal aradan qaldırılmasının zəruriliyini vurğulayıblar.

Tərəflər beynəlxalq ticarətin asan və sürətli şəkildə aparılmasını, eləcə də nəqliyyat vasitələrinin gömrük sərhədindən sürətli və maneəsiz keçidini təmin etmək məqsədilə gömrük orqanlarının gördüyü işləri və bu istiqamətdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Eləcə də, iki ölkə sərhədində yeganə avtomobil körpüsündən keçən yük maşınlarının sayının mümkün olduğu qədər artırılmasının vacibliyi qeyd edilib.

Sevinc
Xəbəri paylaş