Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənc müəllimlərlə görüş keçirilib



Newscenter.az.3.02.2022. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 Fevral-Gənclər Günü münasibətilə paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan bir qrup gənc müəllimlə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Etibar Əliyev, Pərvanə Məmmədova, İdarənin müvafiq struktur bölmə rəhbərləri və gənc müəllimlər iştirak ediblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva gənc müəllimləri təbrik edərək, 2 Fevral - Gənclər Gününün tarixindən bəhs edib. Bildirib ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis olunan Gənclər Günü ulu öndərin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub.

M.Vəliyeva ümummilli lider tərəfindən əsası qoyulan siyasi kursun ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. İdarə müdiri ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını və bu istiqamətdə çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini vurğulayıb.

İdarə müdiri son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirildiyindən danışıb. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib.

İdarə müdiri Vətən Müharibəsində qəhrəmanlıq tariximizinin yeni salnaməsini yazanlar arasında gənc müəllimlərin, həmçinin onların yetirmələrinin də olmasının qürurverici olduğunu söyləyib. Cəbhədə qəhrəmanlıq göstərən əsgərlərin vətənpərvərlik ruhunda böyüməsində ailələri ilə bərabər müəllimlərin də böyük rolu olduğunu deyib.

Müasir dövrün tələbinə uyğun olaraq gənc müəllimlərin sosial şəbəkələrdə də fəallığının əhəmiyyətinə toxunan İdarə müdiri onların nümunəsində müəllim nüfuzunun daha da yüksələcəyinə əminliyini ifadə edib. Həmçinin təhsil reallıqlarının və diqqətçəkən örnəklərin sosial şəbəkələr vasitəsilə təqdim olunmasının faydalı ola biləcəyini nəzərə çatdırıb.

Çıxış edən Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Etibar Əliyev, Pərvanə Məmmədova və digər qonaqlar gənc müəllimləri təbrik edərək Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin rolundan bəhs ediblər. Bildiriblər ki, gənc müəllimlərin özünü inkişaf etdirməsində belə görüşlər mühüm əhəmiyyət daşıyır.

Görüşdə iştirak edən gənc müəllimlər göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib və bundan sonrakı fəaliyyətlərində də daha hərtərəfli gənclərin yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

Görüşün sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, gənc müəllimləri düşündürən məsələlərə aydınlıq gətirilib.

R.Mehdiyeva
Xəbəri paylaş