Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhid ailələri və qazilərin problemləri araşdırılacaq



Newscenter.az.3.02.2022. “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qazilərin, şəhid ailələrinin sosial problemlərinin araşdırılması və həllinə dəstək“ adlı layihənin icrasına başlayıb.

Newscenter.az xəbər verir ki, layihənin icra müddəti 4 ay və məqsədi qazilərin, həmçinin şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin sosial problemlərinin araşdırılması, aradan qaldırılmasının yollarını taparaq, həllinə dəstək verməkdən ibarətdir.

Layihə rəhbəri Esmira Orucova bu barədə məlumat verərək qeyd edib ki, qazilərin və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi Azərbaycan hökumətinin prioritet istiqamətlərindən biridir: “Onların sosial problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci Vitse- prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı qazilərə diqqət və qayğının ölkəmizdə yüksək səviyyədə olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların problemlərinin tam aradan qaldırılması hələ də mümkün deyil. Elə bu səbəbdən də ən çox diqqət və qayğıya ehtiyacı olan adı çəkilən qrupun rastlaşdığı sosial ppoblemlərinin aşkarlanması istiqamətində tədqiqat aparmaq, mövcud olan məsələləri aşkara çıxarmaqla dövlətin həyata keçirdiyi sosial siyasətə dəstək olmağı özümüzə borc bilirik”.

E.Orucova bildirib ki, layihə çərçivəsində Ağdam, Ağcabədi və Tərtər rayonlarında qazilər, şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvləri ilə sorğular keçiriləcək: “Problemlərin müzakirə olunması və onların həlli yollarının müəyyənləşdirilməsi məqsədi ilə adı çəkilən şəxslərlə dövlət qurumları və QHT – lərin görüşləri keçiriləcək. Sonda ictimai birlik tərəfindən təklif və tövsiyələr hazırlanıb, müvafiq qurumlara müraciətlər olunacaq”.

Sevinc
Xəbəri paylaş