Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Milli dəyərlərə bağlı olan Azərbaycan gəncləri bu illər ərzində böyük etimad qazanıb”



Newscenter.az.3.02.2022. "Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çox önəmli mesajlarla yadda qaldı. Fərqli formatda keçirilən bu forumda bir daha aydın oldu ki, ölkə rəhbərliyi gənclərimizlə fəxr edir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycan gənci bu etimadı özü qazanıb:

"Çünki Azərbaycan gəncinin hər zaman əsas vəzifəsi öz gələcək həyatını düzgün müəyyən etmək, dövlətə maksimum xeyir vermək olub. Milli dəyərlər üzərində qurulan dövlətin gəncləri də hər zaman bu dəyərlərə sadiq olub. Biz bunu 44 günlük Vətən mühribəsində də gördük. Prezident İlham Əliyevin fəaliyyəti dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görüldü. Bunun nəticəsində Vətən uğrunda düşmənin üzərinə gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki son illər elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə getdilər və şəhid, qazi oldular".

Könül Nurullayeva deyib ki, Vətənə, milli-mənəvi dəyərlərə bağlı olan Azərbaycan gəncləri indi həm də gələcəyə baxır:

"Müasir dövrün çağırışlarına uyğunlaşır. Bunun üçün təbii ki, mükəmməl təhsilə yiyələnmək vacib şərtdir. Təsadüfi deyil ki, ildə təqribən 400-ə qədər gənc dünyanın aparıcı ali məktəblərinə göndəriləcək. Indi əsas hədəflərdən biri budur ki, xaricdə təhsil alan gənclər orada yiyələndikləri bilikləri ökəmizdə tətbiq etməkdə maraqlı olmalıdırlar".

Millət vəkilinin sözlərinə görə, Forumda da qeyd olunduğu kimi, Dördüncü Sənaye İnqilabının çağırışlarına uyğun olaraq artıq gənclərin də prioritetləri dəyişib:

"Prezident İlham Əliyevin də söylədiyi kimi, biz özümüzü texnologiyaları tətbiq edən ölkə kimi görürük. Ən müasir texnologiyalar buraya gəlməlidir, biz gətirməliyik - həm dövlət, həm özəl sektor və beləliklə, inkişafı təmin etməliyik. Artıq yeni peşələr yaranmaqdadır. Bu prosesdə gənclər üçün yeni imkanlar açılır. Bu yeni peşələr isə təbii ki, gənclərimizin sərəncamına veriləcək. Sevindirici haldır ki, Azərbaycan gəncləri həm də Böyük Qayıdış Konsepsiyasının icrasına cəlb olunub. Bu isə o deməkdir ki, ölkəmizin gələcək inkişafında gənclər də əhəmiyyətli rol oynayacaq".

Ruhiyyə
Xəbəri paylaş