Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Asğtafaçay su anbarında təmir-bərpa işləri görülür



Newscenter.az. 4.02.2022. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat Dilqəm Şərifov bildirib ki, Ağstafaçay Hidroqovşağı istismarı idarəsi tərəfindən 2022-ci ilin yay suvarma mövsümününə mütəşəkkil hazırlıq işləri aparılır. Maşın mexanizmlər saz vəziyyətə gətirilib, kanallarda lildən təmizləmə işlərini həyata keçirirlər. Bölgənin əhəmihyətli su anbarlarından biri olan Asğtafaçay su anbarında mütamadi olaraq təmizlik və texniki təmir-bərpa işləri görülür. Hidrotexniki qurğulara baxış keçirilir. Suburaxıcı qapılarda olan nasazlıqlar aradan qaldırılır.

Newscenter.az xəbər verir ki, Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının 74 min hektar kənd təsərrüfatı sahəsinin suvarılması üçün nəzərdə tutulan Asğtafaçay su anbarı hal-hazırda 57 min hektar ərazini suvarır. Maksimum su tutumu 120 mln m3 olan anbardan 2 ədəd Sağ və Sol Magistral kanallar vasitəsilə su verilir. Sağ Sahil Magistral Kanalının uzunluğu 58 km, suburaxma qabiliyyəti 25-m3-dir. Kanal Qazax, Ağstafa və Tovuz rayonlarının 43 min hektar əkin sahələrini su ilə təmin edir. Sol Sahil Magistral Kanalının uzunluğu 11 km, suburaxma qabiliyyəti 13-m3 –dir. Qazax rayonunun 14 min hektar əkin sahələrinin suvarılmasını təmin edir. Onu da bildirək ki, 2021-ci ildə su anbarından kanallar vasitəsilə 108,5 mln m3 su verilib ki, bununla da Qazax , Ağstafa və Tovuz rayonun əkin sahələri suvarılıb.

Qeyd edək ki, 2021-ci ildə havaların quraq keçməsinə baxmayaraq anbara, yay suvarma mövsümünün başlanğıcında 95 mln m3 su yığılıb. Buna baxmayaraq sudan düzgün istifadə olunması və itkilərin minimuma endirilməsi nəticəsində yay suvarma mövsümü uğurla başa çatıb. Payız suvarma mövsümünün başlanğıcında anbara 40 mln m3 su yığılıb. Sudan düzgün istifadə nəticəsində payız suvarması da uğurla sona çatıb .

Ötən ildə su kanallarında da əhəmiyyətli işlər görülüb. Belə ki, Sağ Sahil kanalının 800 metr aşılanmış beton üzlük cari təmir hesabına yenisi ilə əvəz olunub. İdarənin və podrat təşkilatın gücü ilə kanallarda 254 min m3 lildən təmizləmə işləri aparılıb. Bundan başqa Tovuzçay və Əsrikçay dükkerlərində də əsaslı təmir işləri aparılıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq 33 ədəd hidrotexniki qurğu, 2 ədəd mülki və istehsalat binası, 18 ədəd hidrometrik post, 5 km istismar yolu cari təmir olunub. Sağ Sahil kanalının 2600 metr aşılanmış betonun yenisi ilə əvəz olunması üçün layihə smeta işləri tamamlanıb. Hal-hazırda idarə tərəfindən var gücü ilə çalışılır ki, suvarma mövsümündə fermerlər su problemi ilə üzləşməsinlər.

Sevinc
Xəbəri paylaş