Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aykut Ərdoğdu Türkiyə-Azərbaycan birliyini gözü götürməyən hansısa dairələrin sifarişini yerinə yetirir



Newscenter.az.4.02.2022. Azərbaycanda olduğu kimi qardaş Türkiyənin də siyasi elitasında, partiya və ictimai birliklərində “Beşinci kolon”çuların mövcud olması təbiidir. Bu baxımdan, mən Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Aykut Ərdoğdunun Azərbaycan və Türkiyə münasibətlərinə kölgə salmağa hesablanmış məlum açıqlamasını ilk növbədə məhz “beşinci kolon”a xas olan bir davranış tərzi kimi qiymətləndirirəm.

Bakı ilə Ankara arasındakı əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu, o cümlədən, hər iki ölkənin parlamentində "Şuşa Bəyannaməsi"nin təsdiqləndiyi və ya müzakirəyə çıxarıldığı bir məqamda bunu əsla təsadüfi hesab etmək olmaz. Belə açıqlamalar heç vaxt təsadüfən verilmir.
Böyük ehtimalla, A.Ərdoğdu Türkiyə-Azərbaycan birliyini gözü götürməyən hansısa dairələrin sifarişini yerinə yetirir. Bu sifarişin uzantıları hətta xaricdəki anti-Türkiyə mərkəzlərinə qədər gedib çıxa bilər. Hər bir halda, bu cür çıxışlar Azərbaycan və Türkiyə arasında əlaqələrin pozulmasına hesablanmış adddımlar kimi gözdən keçirilməlidir. İndi bir daha aydın olur ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərinin daha da güclənməsi və “Şuşa Bəyannaməsi” həqiqətən də bir çoxlarını çox ciddi şəkildə narahat edir. Həmin dairələr Aykut Ərdoğdu kimi uğursuz siyasətçilərdən “alət” kimi istifadə edirlər. Normal siyasətçi nə özünü, nədəki mənsub olduğu partiyanı heç vaxt bu cür zərbə altında qoymazdı.

Aykut Ərdoğdu başa düşməliydi ki, onun kimilərinin fikirləri iki qardaş ölkə arasında münasibətlərə zərrə qədər də təsir etməyəcək. Çünki Türkiyə Böyük Millət Məclisində (TBMM) də, Türkiyə cəmiyyətində də Azərbaycana güclü dəstək var. Azərbaycan-Türkiyə münasibətlərinə hər hansı formada xələl gətirmək istəyən şəxslər və ya partiyalar bununla yalnız özlərinə qəbir qazmış ola bilərlər. CHP-li deputatı da belə bir aqibət gözləyir. Aykut Ərdoğdunun əsassız iddiaları onun siyasi karyerasını parlamadan bitirəcək. CHP-nin nüfuzu da aşağı düşəcək. Aykut Ərdoğdu qaş qayırmaq istədiyi halda, necə deyərlər, öz partiyasının “göz”ünü vurub çıxardı. Bu isə hər kəsə - bütün “beşinci kolon”çulara dərs olmalıdır!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş