Newscenter.az.4.02.2022. Kaspersky istehsalı olan həll “Ayın düşməsi” filmində qəhrəmanların Yer kürəsini xilas etmək üçün başlatdığı missiyada istifadə edilib. Filmin Azərbaycandakı premyerası 3 fevral tarixində baş tutub.
Newscenter.az xəbər verir ki, Roland Emmerihin yeni ekran əsərində planetimiz Ayla toqquşma təhlükəsi ilə üz-üzə qalır. Sirli bir güc Yer kürəsinin yeganə peykini orbitdən çıxarır və bununla da insanlığın mövcudluğunu təhlükə altında qoyur. Bu təhlükə barədə ehtimal olunan toqquşmanın baş verməsi və planetin məhvinə bir neçə həftə qalmış xəbər tutulur. Praktiki olaraq mümkünsüz görünən kosmik missiyanı üç nəfər qəhrəman həyata keçirir – NASA-nın rəhbəri olan keçmiş astronavt qadın, onun bədnam həmkarı və konspirasiya nəzəriyyəsinin tərəfdarı olan bir nəfər. Onlar Yer kürəsini xilas etmək üçün Kaspersky həlləri tərəfindən qorunan kosmik gəminin göyərtəsində yola çıxırlar.
“Kaspersky və digər tərəfdaşlarımıza bu filmi ərsəyə gətirməkdə bizə kömək etdikləri üçün təşəkkür edirik. Premyeranı səbrsizliklə gözləyirik və sevinc və həyəcanımızı bu yolda bizimlə birgə addımlayan hər kəslə bölüşürük”, - deyə “Ayın düşməsi” filminin ssenari müəllifi, prodüseri və rejissoru Roland Emmerih, həmçinin ssenari müəllifi və prodüser Harald Klozerin ortaq bəyanatında bildirilir.
“Roland Emmerihin fantastik döyüş filmi olan “Ayın düşməsi” filminin bir hissəsi olduğumuza görə çox sevinir və qürur duyuruq. Filmdə qəhrəmanların kosmik səyahətini qoruduğumuz kimi bizim əsas missiyamız insanlıq üçün daha təhlükəsiz dünya, texniki inkişafsız təsəvvür olunmayan gələcək qurmaqdır. Kosmik tədqiqatların qabaqcıl texnologiyalardan istifadə ilə həyata keçirilməsi olduqca vacibdir. İnsanların bu filmi və bizim ordakı rolumuzu görəcəyi anı səbrsizliklə gözləyirik”, - Kaspersky-nin marketinq üzrə vitse-prezidenti Endryu Uinton deyib.
Kaspersky elm və kosmosun öyrənilməsi ilə bağlı təşəbbüsləri daim dəstəkləyir. Misal üçün, Y.A. Qaqarin adına Kosmonavtların Hazırlanması üzrə Elmi-Tədqiqat Sınaq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində şirkət kosmonavtların informasiya təhlükəsizliyi üzrə təlimini həyata keçirib. Eyni zamanda Kaspersky alim, kosmonavt, yazıçı, rəssam, musiqiçi və sahibkarları bir araya gətirən tanınmış beynəlxalq elmi festivalı olan Starmus ilə əməkdaşlıq edir. Bundan başqa, şirkət həm də Yer kürəsinə yaxın orbitin tullantılardan təmizlənməsi üzrə StartRocket startap layihəsini də dəstəkləyir.
Sevinc