Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad edilmiş ərazilərə qanunsuz keçən şəxslər həbs olunub



Newscenter.az.4.02.2022. İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslər həbs olunub.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə idarə etdikləri avtomobillə işğaldan azad edilmiş ərazilərə nəzarət postlarından kənar yollarla və icazəsiz daxil olan 3 nəfər Bərdə rayon sakini müəyyən edilib. Həmin şəxslər minalardan tam təmizlənməyən ərazilərdə dəmir tullantıları yığarkən aşkar olunub və polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün saxlanılaraq RPŞ-yə gətirilib. Barələrində toplanmış materiallar məhkəməyə göndərilib və onların hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Mehman
Xəbəri paylaş