Newscenter.az.4.02.2022. "Reketliklə məşğul olanları əvvəl-axır tuturlar. Burası aydındı. Amma onları himayə edənlər qalır kənarda. AA seriyalı nömrələr, kortej və s. bunlar göydən düşmür. Təltif (saxta mükafat) mafiyası, şantaj mafiyası hamısı iş başındadır".
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquq müdafiəçisi Sahib Məmmədov səsləndirib. O bildirib ki, bir neçə internet tv və külli miqdarda onlayn qəzet açıq reketlik edir:
"Bunlar yalnız dövlət orqanlarını və təsərrüfat subyektlərini deyil, kiçik sahibkarları da bezdiriblər. İndi baxıram bir reket yaxalanıb, digəri də onu yıxıb-sürüyür. Guya özü az aşın suyudur. Sadəcə onun "obyektlərini" ələ keçirəcək".
Mehman