Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müharibə Rusiyaya ciddi problemlər vəd edir



Newscenter.az.4.02.2022. Rusiya prezidenti Vladimir Putin Qış Olimpiya oyunlarının açılış mərasiminə qatılmaq məqsədilə Pekinə gedib. Putin çinli həmkarı Tsi Tsinpinlə müxtəlif sazişlər imzalayacaq. Tsi Tsinpin Putinin gəlişinə xüsusi əhəmiyyət verir. Çünki, Qərb liderlərinin əksəriyyəti Çinin insan haqlarını pozduğuna və uyğurlara qarşı sərt tədbirlər həyata keçirdiyinə görə olimpiadanın açılışını boykot ediblər.

Kreml sahibi sağlığına son dərəcə diqqət yetirən liderlərdəndir. Vladimir Putin özünü virusdan qorumaq üçün təhlükəsizlik tədbirlərini xeyli artırıb, ətrafında kimsə vurisa yoluxursa o dərhal təsrid olunur. İran prezidenti İbrahim Rəisi Putinlə Kremldəki görüşündə uzunluğu metrlərcə olan masada oturmaq məcburiyyətində idi. Çünki Putin görüşdüyü liderlərin test nəticələrini bilmək istəyir, məhz bundan sonra həmkarlarıyla yaxın məsafədə görüşür. Rəisi isə test tələbini nəzərə almamışdı. Ona görə də Putinlə uzaq məsafədən müzakirə aparırdı. Putin Çin lideri üçün arxayındır. Çində son günlər virus nisbətən artsa da, bu ölkədə koronavirus ciddi nəzarət altındadır, birinin virusa yoluxduğu müəyyənləşən kimi təmasda olduğu insanlar müəyyənləşdirilir və onlar müəyyən müddətə cəmiyyətdən təcrid olunurlar.

Kreml sahibi Pekindən sonra Ankaraya getməlidir. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskiyə Kiyevlə Moskva arasında vasitəçi ola biləcəyini təklif edib. Zelenski Ərdoğanın təklifini qəbul edib. Putin də razılaşsa, ikisi arasında görüş Türkiyə ərazisində gerçəkləşəcək. Əlbəttə, Türkiyə ərazisindəki mümkün görüş Rusiya ilə Ukrayna arasındakı dərin fikir ayrılıqlarını çözməyəcək, ancaq ən azı ortamı bir qədər yumşalda bilər. Putin hədəfləri böyütməklə özünü tələyə salıb, müharibə Rusiyaya ciddi problemlər vəd edir. Putin bu vəziyyətdən imicini qorumaqla çıxmaq istəyirsə, Ankaranın vasitəçilik imkanlarından istifadə etmək üçün şansı var.

Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri
Xəbəri paylaş