Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ramil Orucov: Polad Həşimov kimi qəhrəmanlar gənclərə örnəkdirlər



Newscenter.az.4.02.2022. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində illərlə düşmən işğalı, tapdağı altında qalan torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması bu gün hər birimizdə qürur hissi yaradır, qəlbimizi iftixar hissi ilə doldurur.

Bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. Ramil Orucov qeyd edib ki, bu gün Vətənini sevən, dövlətinə sonsuz sevgi ilə bağlı olan Mübariz kimi, Polad kimi igid, vətənpərvər oğullar Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi, əbədiliyi uğrunda mübarizə aparmağa hər an hazırdırlar.

Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilən 2 fevral - Gənclər Günü ilə bağlı keçirilən forumda gənclərlə görüşü zamanı ölkə Prezidenti, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev Polad Həşimov kimi qəhrəmanların daim Azərbaycan xalqının qəlbində yaşayacağını qeyd edib. Ölkə rəhbərinə müraciət ünvanlayanlar arasında Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimovanın şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət rəhbərinə təşəkkürü hər kəsə kövrək anlar yaşadıb.

“Qururverici haldır ki, Azərbaycan Ordusunda belə peşəkar, vətənpərvər, yeni nəslin nümayəndələri yetişir. Onun həlak olması hamımızı sarsıtdı və eyni zamanda, onun həlak olması hamımızı bir daha mətin olmağa çağırdı. Hamımıza göstərdi ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik. Polad Həşimov öz şəhadəti ilə xalqın müharibəyə hazırlanmasında da çox böyük rol oynadı”.

Ölkə Prezidentinin dilə gətirdiyi bu sözlər öz canını Vətən uğrunda fəda etmiş, qəhrəmancasına həlak olmuş Milli Qəhrəmanımız Polad Həşimovun igidliyinin, qəhrəmanlığının xalqımızın yaddaşında əbədi yaşayacağını bir daha təsdiq etdi.

Polad Həşimovun dillərə dastan həyatı, qəhrəmanlığı Vətənini, el-obasını, torpağını sevən hər kəsə, xüsusən gənclərə nümunə olub. Məhz Polad Həşimovun qisasını almaq üçün Vətən Müharibəsində neçə-neçə mərd igidlərimiz könüllü olaraq döyüşə yollandılar. Polad Həşimovun fəaliyyətini çox yüksək qiymətləndirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, onun qanı yerdə qalmamalı idi və qalmadı. Biz onun qisasını aldıq və döyüş meydanında aldıq.

44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan xalqının dəmir yumruq kimi birləşməsi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əfsanəvi qəhrəmanlığı bütün dünyaya səs saldı. Bu tarixi hadisə, böyük Zəfər Azərbaycanın gücünün, qüdrətinin nümayişi oldu. Müstəqil Azərbaycan xalqının general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov kimi cəfakeş oğulları Vətənimizin müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdırlar.

Ramil Orucov-YAP Gəncə şəhər təşkilatının sədri
Xəbəri paylaş