Newscenter.az.4.02.2022. Xəbər verdiyimiz kimi, özünü "İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədov saxlanıb.
Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə Rasim Məmmədovla bağlı daha bir video yayılıb.
Yayılan videoda Rasim Məmmədov birinci Qarabağ müharibəsi veteranının üzünə tüpürür.
Qeyd edək ki, Rasim Məmmədovdan hüquq-mühafizə orqanlarına bir neçə vətəndaş şikayət edib.