Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Avropa İttifaqı da Cənubi Qafqazdakı proseslərə postmünaqişə dövrü kimi yanaşır”



Newscenter.az.5.02.2022. "Avropa İttifaqı və Fransa firavan, təhlükəsiz və sabit Cənubi Qafqazın qurulması üçün digər tərəfdaşlarla işləməyə sadiqdirlər. Prezident İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda baş tutan görüşlə bağlı birgə bəyanatda yer alan bu fikirlər postmünaqişə dövründə dayanıqlı sülhü təmin etmək üçün real addımlara ehtiyac olduğunu təsdiqləyir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, əsas diqqət çəkən məqam Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi yox, Aİ sədri qismində bu dialoqu təşkil etməsidir:

"Görüşdə müzakirə olunan məsələlərə gəlincə, tərəflər rəsmi Bakının təklif etdiyi kimi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə aradında humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanmasına dair fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev həmçinin ölkəmizin mövqeyini bir daha ifadə edərək, birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılmasına diqqət çəkib. Müharibədən sonra Ermənistanın mina xəritələrini təqdim etməməsi səbəbindən mülki insanların həyatını itridiyini vurğulayıb".

Millət vəkili qeyd edib ki, görüşün Azərbaycan üçün vacib olan məqamlarından biri Şarl Mişel və Emanuel Makronun adından yayılan birgə bəyanatda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin yer almamasıdır:

"Sənəddə “regionda gərginliyin azalması və etibarın möhkəmlənməsi istiqamətində səylərə dəstək” ifadəsi qeyd olunur. Bu, bir daha onu göstərir ki, artıq Avropa İttifaqı da Cənubi Qafqazdakı proseslərə postmünaqişə dövrü kimi yanaşır. Ermənistanın iddia etdiyi Qarabağın muxtariyyət məsələsi isə ümumiyyətlə, gündəlikdən çıxıb və Fransa da ATƏT-in MQ həmsədri olaraq bu reallığı qəbul edir. Ermənistanın iddiaları isə yalnız öz daxili auditoriyaları üçün keçərlidir. Heç bir beynəlxalq təşkilat bu absurd yanaşmanı qəbul etmir".

Könül Nurullayevanın sözlərinə görə, Aİ sədri kimi Fransanın təşəbbüsü ilə baş tutan görüşdə səslənən bütün fikirlər Azərbaycanın marağına tam cavab verir:

"Ermənistan tərfinin yaydığı məlumatda isə təhrif elementkləri aşkar görünür. Belə ki, Paşinyanın katibliyinin məlumatında birgə bəyanat təhrif olunaraq “Dağlıq Qarabağ münaqişəsi” termini əlavə edilib. Lakin bu, məsələnin mahiyyətini dəyişmir. Görüşün ən vacib məqamlarından biri UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsi ilə bağlı razılığın ifadə olunmasıdır. Belə ki, Azərbaycan istər münaqişə dövründə, istərsə də müharibıdıın sonar bu təşkilatın faktaraşdırıcı missiya ilə bölgəyə səfər etməsini təklif edib. Bu baxımdan bu məsələ də rəsmi Bakının maraqlarına tam uyğundur".

Ruhiyyə
Xəbəri paylaş