Newscenter.az.5.02.2022. "Türkiyədə bir millət vəkili həmkarımız Ərdoğan olmağa "özənmiş", amma imkanları Ərdoğdu olmağa yetmiş, indi də uğursuzluğunu Azərbaycan üzərinden çamur atmaqla təlafi etmək istəyir. Amma faydasız".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, cəmi bir il əvvəl şər ordusunu diz çökdürən Azərbaycan xalqının kiminsə, illah da uğursuzların vəkilliyinə ehtiyacı yoxdur:
"İndi Türkiyə siyasətində nə baş verir, gəlcəkdə nə baş verəcək, seçimlər nəyi dəyişəcək, bu, Türkiyə xalqının suveren hüququdur, lakin, Aykut Ərdoğdu Azərbaycanı bu proseslərə qatmaq kimi qeyri-etik bir əmələ əl atırsa, bilməlidir ki, Vətən müharibəsində Azərbaycan xalqı kimin kim olduğunu gördü və bu 44 gündə Rəcəb Tayyib Ərdoğanın adını Azərbaycan xalqının ürəyinə qazıdı, bunu kimsə, ələxsus da savaş boyu susanlar dəyişə bilməz. Hə, bir də, cənab Ərdoğdu, haqqında hədyanlar söylədiyiniz coğrafiyamızda "azeri" adlı bir xalqın olmadığını öyrənin, yaxşı olar ki, ümumiyyətlə adımızı çəkməyəsiz, amma illah da danışacaqsızsa biləsiniz biz Azərbaycanlıyıq, biz türkük"!
NEWSCENTER.AZ