Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bizim gənclər böyük potensiala malikdir



Newscenter.az.5.02.2022. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu Öndər Heydər Əliyev bu fikirləri xalqımızın gələcəyi olan gənclərimiz üçün səsləndirmişdir. Ulu Öndərin gənclər siyasətini bu gün də uğurla davam etdirən cənab Prezident İlham Əliyev gənclərin maariflənməsi, inkişafı üçün böyük addımlar atmışdır. Cənab Prezidentin fəaliyyətində gənclər siyasəti əsas prioritetlərdən biridir. İlham Əliyevin gənclərə olan diqqəti hər zaman göz önündədir.

Gənclik hər bir cəmiyyətin inkişafının, gələcəyinin əsasını təşkil edir. Buna görə də gənclərin formalaşması və onların təlim-tərbiyə modelinin sağlam şəkildə təşkil olunması dövlətin qarşısında duran prioritetlər sırasındadır. Düşünürəm ki, Azərbaycanın dövlət gənclər siyasətindən danışarkən Ulu Öndər Heydər Əliyevin adını xüsusi qeyd etmək lazımdır. Məhz onun hakimiyyəti dövründə bütün sahələrdə olduğu kimi gənclər sahəsində də böyük işlər görülməyə başlandı. 2 fevral 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumunun həyata keçirilməsi bu istiqamətdə atılan əsaslı addımların başlanğıcı oldu. Ümummilli liderin həyata keçirdiyi uğurlu fəaliyyət strategiyası Prezident İlham Əliyevin dövründə daha da möhkəmlənib.

Xüsusilə onu qeyd edə bilərik ki, bu müddət ərzində gənclərimizin milli ruhda, Vətənə sədaqət məfkurəsində formalaşması məsələləri ön planda olub. 2005-2009, 2011-2015 və 2017-2021-ci illər üzrə “Azərbaycan Gəncliyi” dövlət proqramları, 2015-2025-ci illərdə “Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi, paytaxtda və bölgələrimizdə yeni gənclər mərkəzlərinin yaradılması bu siyasətin uğurla davam etdiyini bir daha ortaya qoyur. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri bir yumruq tək Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək istər ön, istər arxa, istərsə də, informasiya cəbhəsində yüksək qəhrəmanlıq göstərmişlər. Prezident İlham Əliyevin öz çıxışlarında onun dövründə formalaşan gənclərin ümummilli məsələlərdə fəallığını xüsusi qeyd etməsi hər bir Azərbaycan gəncini qürurlandırır: “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər”.

Cənab Prezident İlham Əliyev hakimiyyətə gəldiyi dövrdən bu yana gənclərə hər zaman xüsusi diqqət və qayğı göstərmişdir. Gənclər siyasəti dövlətin əsas istiqamətlərindədir. Gənclərimizin maarifləndirilməsi üçün bir neçə fəaliyyət sahəsi üzrə planlar həyata keçirilmişdir. Sağlam bədəndə sağlam ruh olur. Bu prinsiplə fərqli regionlarda, bölgələrdə Olimpiya Kompleksləri yaradılmışdır. Bu böyük önəm kəsb edir. Çünki sağlam nəslin formalaşmasında, yetişməsində rol oynayır. İdmanın müxtəlif sahələri ilə məşğul olan gənclərimiz ölkəmizi xaricdə təmsil edir, üçrəngli bayrağımızı dalğalandırırlar. Digər bir tərəfdən ölkəmizdə yaradılan mədəniyyət ocaqları, incəsənət mərkəzləri yaradılmışdır ki, gənclərimizin mədəni-incəsənət xətti üzrə inkişafına təkan verir. Ələxsus da elm sahəsində böyük dəyişikliklər edilmiş, inkişaf etdirilmişdir. Bu gün formalaşan Azərbaycan gəncliyi nəinki intellektual, mədəni cəhətdən böyük bir potensiala malikdir, eyni zamanda da öz vətəninə, dövlətinə bağlıdır. Təbii ki, bu da biz gənclərin üzərinə çox böyük məsuliyyətlər, yeni tələblər qoyur və göstərilən bu diqqətin, qayğının da bir nəticəsi olaraq Azərbaycan gəncliyi bundan sonra da ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında, dövlətimizin daha da inkişaf etməsində var gücü ilə əlindən gələn qədər çalışmalıdır. Düşünürəm ki, bu istiqamətdə biz gənclərin həyata keçirə biləcəyi işlər xeyli çoxdur.

Səbinə Qarayeva,
YAP Sabirabad rayon təşkilatının gənc fəalı
Xəbəri paylaş