Newscenter.az.5.02.2022. Gəncə şəhərinin Nizami rayonunda inzibati binada yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bu barədə Newscenter.az FHN-ə istinadən xəbər verir.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Mehman