Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kürdəmirdə məktəblilər narkomaniya əleyhinə maarifləndirilib



Newscenter.az.5.02.2022. Kürdəmir RPŞ-nin təşkilatçılığı ilə rayonun Qarasaqqal kənd tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda görüş keçirilib. Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, polis şöbəsinin əməkdaşları, eləcə də məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

Newscenter.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Cavanşir Hüseynov ölkədə narkomaniyaya qarşı görülən tədbirlərdən söz açıb. Daxili işlər orqanları əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı aparılan tədbirlərdən, belə hadisələrin qarşısının qətiyyətlə alınmasından danışan rəis müavini, gənclərə pis vərdişlərdən və ətraflarındakı “ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarının zəruriliyini bildirib.

Daha sonra çıxış edənlər keçirilən tədbirin mahiyyətini bir daha qeyd edərək, bu cür görüşlərin gənclərin həyatında böyük rol oynadığını və bu tədbirlər sayəsində gənclərin məktəbli vaxtlarından narkotiklərin zərərləri barəsində daha geniş məlumatlı olduqlarını qeyd ediblər.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Mehman
Xəbəri paylaş