Newscenter.az.5.02.2022. Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən rayonun Birinci Varlı kənd sakini Vurğun Sadıqov saxlanılıb.
Həmin şəxsdən bir ədəd saz vəziyyətdə olan “İj 56-3” markalı, yivli ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Mehman