Newscenter.az.5.02.2022. Xocalı soyqırımının 30-cu ildönümü Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrində də qeyd ediləcək.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Hiollandiya Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın verib. O bildirub ki, bu məqsədlə adıçəkilən ölkədə yaşayan azərbaycanlılar fevralın 24-də bir araya gələrək soyqırım qurbanlarını anacaq, bu qanlı hadisəni törədənlərin beynəlxalq ədalət məhkəməsinə verilməsini tələb edəcəklər.
Anım mərasimi Den Haqq şəhərində ucaldılmış Xocalı soyqırımı qurbanlarının abidəsi önündə baş tutacaq.
Mehman