Newscenter.az.5.02.2022. YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Yevlax “Gənclər evi” sosial xidmət müəssisəsində çalışan YAP üzvlərinin müraciətinə əsasən yeni ərazi partiya təşkilatının təsis olunması məqsədilə müəssisənin rəhbər heyəti ilə işgüzar görüş keçirib.
Newscenter.az xəbər verir ki, görüş çərçivəsində çıxış edən Rafiq Əliyev ümummilli maraqların reallaşması yolunda Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edərək, bildirdi ki, dahi şəxsiyyətin yaratdığı Yeni Azərbaycan Partiyasının böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, partiyanın sıraları ildən-ilə genişlənir və YAP-ın sədri,Ölkə Prezidenti cənab İlham Əliyevin praqmatik siyasəti ilə bugün YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir.
Rafiq Əliyev eyni zamanda Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutmasından, həmin siyasi xəttin bugün də cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmizdə gənc nəslin problemlərinin həll olunmasından, gənclərin cəmiyyətin həyatında layiqli təmsil olunması,milli adət-ənənələrə, dəyərlərimizə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlərin həyata keçirilməsindən danışdı.
Yevlax “Gənclər evi” sosial xidmət müəssisənin direktoru Elgün Əzizov yeni sədr vəzifəsinə təyin olunması münasibəti ilə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyevə öz adından və müəssisənin əməkdaşları adından səmimi təbriklərini çatdırıb, YAP sədri cənab İlham Əliyevin həyata keçirdiyi mühüm islahatların məhz ölkəmizin milli maraqlarına hesablandığını qeyd edərək, hər zaman olduğu kimi bundan sonra da yevlaxlı gənclərin Yeni Azərbaycan Partiyasının siyasəti ətrafında sıx birləşəcəyini bildirdi.
Sonda “Gənclər evi” sosial xidmət müəssisəsində çalışan YAP üzvlərinin siyahısının hazırkı nəticələrə uyğun dəqiqləşdirilməsi və müəssisədə yeni ərazi partiya təşkilatının təsis olunması istiqamətində fikir mübadiləsi aparılıb.
Mehman