Newscenter.az.6.02.2022. Türkyənin Antalya bölgəsinin “Saklıkent” xizək mərkəzində güclü qar nəticəsində turizm obyektlərindən birinin tavanı uçub. Hadisə zamanı 8 nəfər xəsarət alıb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, jandarmlar, müəssisənin əməkdaşları və turistlər xəsarət alanları dağıntılar və qar altından çıxarıblar.
Xizək mərkəzinə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) əməkdaşları və tibb işçiləri də gəlib.
Yaralılar helikopterlə Akdeniz Universiteti Xəstəxanasına aparılıb.