Newscenter.az.6.02.2022. Dünya Avşarlar Birliyinin Azərbaycan təmsilçisi, şair-publisist Şöhlət Avşar Türkiyənin Adana şəhər xəstəxanasında ürək tutmasından dünyasını dəyişib.
Newscenter.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Bildirilib ki, 73 yaşlı Şöhlət Avşar akademik Yaqub Mahmudovla birgə Dünya Avşarlar Birliyinin quruluşunun 6 illiyi münasibətilə keçirilən mərasimdə iştirak etmək üçün 29 yanvar tarixində Türkiyəyə yola düşüblər.
Qeyd edək ki, mərhum Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü idi.
Mehman