Newscenter.az.6.02.2022. "Erməni tərəfinin hər bir güllə atmasına belə reaksiya verməliyik. Bunu adətən status, bəzən isə müsahibə linki kimi paylaşıram. Audiotoriyanın hərdən "Heyif Qələbəmizdən" və ya "Heyif Şəhidlərimizdən" şərhlərinə rast gəlirəm. Erməninin atəşkəsi pozması belə Qələbəmizə təsiri olmayıb, yoxdur və olmayacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, əksinə Qarakilsə-Laçın istiqamətində düşmən atəşkəs pozmasının açı nəticələrini hələ də həzm edə bilmir:
"Ermənistan 10, 50 və ya 70 il sonra da atəşkəsi poza bilər. O zaman da "heyif əziyyətimizə" deyəcəksiniz? 10000 kv. km azad edilən ərazi, bir erməni gülləsi ilə əziyyətimizin hədər olduğunu göstərir? Bu yalnış yanaşmadır və o ərazilərin azad edilməsi uğrunda döyüşənlərin qəhrəmanlığını 1 erməni gülləsi ilə kiçiltməkdir. Ətrafımda hadisələri adekvat və doğru dəyərləndirən dostlar görməkdən, onlardan da öyrənməkdən məmnunam".
Mehman