Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hafiz Hacıyev: "Cavanşir Feyziyevin mənəvi, siyasi haqqı yoxdur ki, xalqın üzünə cıxsın"



Newscenter.az.6.02.2022
. "Azərbaycan dövlətini dünya miqyasında belə bir dələduzun, rüşvətxorun biabır etməsi və dil açıb danışması Azərbaycan parlamentinə və onun üzvlərinə qarşı hörmətsizlikdir. Deyir ogru elə bagırdı ki, doğrunun bagri yarıldı. Cavanşir Feyziyevin mənəvi, siyasi haqqı var ki, xalqın üzünə cıxsın".

Newscenter.az xəbər verir ki, bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. Partiya sədri millət vəkili barədə hüquq-mühafizə orqanlarının araşdırma aparmasını zəruri sayıb:

"Mən huquq mühafizə orqanlarından xahiş edirəm ki, Azərbaycan imicinə ləkə gətirən belə bir dələduzu təcili şəkildə həbs edib, saxta deputat mandatından məhrum etsinlər. Mediada çalışan dostlarım sizin ünvanınıza səsləndirdiyi təhqirlər məni üzdü. Belə bir ogrunun sözlərinə fikir vermədən tutdugunuz haqq yoluna davam edin. Bunun kimilər çoxdur və sizinlə birlikdə belə ziyanvericilərin axırına birlikdə çıxacağıq".

Mehman
Xəbəri paylaş