Newscenter.az.6.02.2022. "Cavanşir Feyziyevin dünənki bəyanatı onun həyatının ən böyük səhvi idi, gərək etməyəydi. Görünən odur ki, adam ya oqoniya vəziyyətindədir, ya da “vobank” gedir, əks halda bu qədər öndə olan mətbuat nümayəndələrini təhqir etməzdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov səsləndirib. O bildirib ki, beləsinə deyirlər həm suçlu, həm güclü:
"Amma məni maraqlandıran iki sual var. Nə üçün Milli Məclisin rəhbərliyi və üzvləri hələ də bu məsələyə münasibət bildirməyib? Çünki ortada çox ciddi faktlar var. Məhz bu deputata görə ölkəmizin beynəlxalq səviyyədə imicinə çox ciddi zərbə vurulub. Digər sual isə, görəsən Feyziyevdən qalaq-qalaq pul alaraq onun üçün məqalələr yazan, kitab və jurnallar çap edən, ondan “milli adam” obrazı yaratmağa çalışan məlum “mütəşəkkil dəstə” nin üzvləri onu niyə müdafiə etmirlər?".
Mehman