Newscenter.az.6.02.2022. Naxçıvan Muxtar Respublikasında kişi şahmatçılar arasında Azərbaycan çempionatı start götürüb.
Azərbaycan Şahmat Federasiyasından (AŞF) verilən məlumata görə, 24 zəka sahibinin mübarizə apardığı yarışda ilk turun ilk gedişlərini gənclər və idman naziri Fərid Qayıbov və AŞF-nin vitse-prezidenti Seymur Talıbov edib.
Açılış turunda reytinq favoritlərin böyük əksəriyyəti qalib gəlib və bu mənada gözlənilməz nəticələr qeydə alınmayıb. Bu turda 9 şahmatçı öz aktivinə bir xal yaza bilib.
Vasif Durarbəyli, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Məmmədov, Misrətdin İskəndərov, Murad İbrahimli, Pərviz Qasımov ilk turda qələbə qazanan şahmatçılar olub.