Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsili və savadı olmayanlar at oynadırlar



Newscenter.az.6.02.2022. Gedin öz həyatınızı yaşayın, işinizlə məşqul olun, ailənizin və övladlarınızın qayğısına qalın, fikirləşməyin ki, 300 il yaşayacaqsınız, asanlıqla əldə etdiyiniz müvəqqəti vəzifəniz 100 il sizin olacaq!

Mənim barəmdə şayiələri və böhtanları söyləyən insanların əqli çatışmazlığı var. Onlar sadəcə dəlidirlər! Bilmirlər ki, barəmdə nə danışsınlar. Mən məgər uşağam? İşimə bəziləri kimi küçədən gəlməmişəm. Cətinlik icində o dövrlərdə yetimciliklə böyüyüb, əzab əziyyətlə, yarı ac yarı tox qarnıma oxuyub təhsil almışam. Cox şükürlər olsun böyük Allahıma ki, nə dayım olub nə də əmim, öz gücümə hüquqşünas olmuşam. Elə buna görə də söz-söhbətlər mənə çox pis təsir edir. O, gün Məhəmməd Peyğəmbərin həyatını oxuyurdum, dualar edirdim və həmin gün gecə bu şayiəni yayanları qarğışlayıb, Allaha tapşırdım. Bu mənim təhsilimi, savadımı, işgüzar nüfuzumu gözdən salmaq istəyən insanların uydurmasıdır. Mən onlara başqa nə deyim?
Mən incimişəm. İsti yerimi soyiq etməyə calışan insanlara da nifrət edirəm. Bunlara üzümü tutub deyirəm ki, ay şərəfsizlər nə əldə edəcəksiniz, məgər siz tutduğunuz işinizi, vəzifənizi, həyatınızı 300 il tutacaqsınız, Allah ömrünüzü verdiyi müddət mərdimazarlıq edib böhtan danışmayın. Unutmayın Allahın qanunları ilə yanaşı, Azərbaycan dövlətinində maşallah tutarlı qanunvericilik bazası var, ədalətli insanlar, ədalətli Dövlətimizin başçısı cənab İlham Əliyev, ədalətli Məhkəməmiz var.

Təhsili və savadı olmayanlar at oynadırlar. Mən öz işimə, savadımla, təhsilimə, işgüzarlığımla gəlmişəm. Bütün savadlı və qabiliyyətli əməkdaşlarımızda mən çəkdiyim əziyyəti çəkiblər. İşlərini öz çiyinlərində daşıyaraq, öz adlarını qazanıblar. İki ali təhsili olan mütəxəsis zabitəm. Hüquqşünaslığı və İqtisadiyyatı fərqlənmə diplomu ilə bitirmişəm. Amma mənə göstərilən diqqətin hansı yerdə olduğunu cox adam bilir. Bu hal məni narahat edir.
Mənim bu həyatda qazandığım övladlarımdı. Bəzən öz-özümlə danışan zaman deyirəm ki, Allahım nə yaxşı bu övladları mənə verdi. Yoxsa, bu aləmində dəli olardım.

Həmkarlarımla daha sıx münasibət saxlamıram, cünki coxlarından xəyanət gördüm, dedi qodu eşitdim, onlara salam, sağ ol etsəm kifayət eləyər. Onların yanında oturan zaman ancaq qeybət və dəxilsiz mövzularda söhbətləri eşitmiş oluram. Onların coxları başqa cür insanlardır. Bilmirəm nədən danışırlar. Onların xarakterləri məni qane eləmir. Yalançılıq, ikiüzlülük, qeybət, sünilik bunların hamısı coxlarında cəmləşibdir. Sakit öz həyatımı yaşayıram. Onlarla dostluq etmək istəmirəm.

Allah məni qoruyur, buna görə Allahıma ibadətimi davam edirəm.

Dualarımın icində, ilk növbədə ailəm, Dövlətim, Millətim, Ali Baş Komandanım və laiqli rəhbərlərim durur!
Allah hər bir yaxşıları pənahında saxlasın, mərdimazardan uzaq etsin inşallah!

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş