Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə sərnişin avtobusu aşıb, xəsarət alanlar var



Newscenter.az.6.02.2022. Türkiyənin Sivas şəhərində sərnişin avtobusu aşıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, Ankaradan Van istiqamətinə hərəkət edən sərnişin avtobusu Kayseri-Malatya magistral yolunun Sivasın Gürün rayonu hissəsində idarəetməni itirib.

Hadisə nəticəsində avtobusda olan 39 nəfərdən 11-i xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə Gürün Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Xəbəri paylaş