Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

VİP: "Cavanşir Feyziyev barəsində hüquq-mühafizə orqanları araşdırmaya başlasın"



Newscenter.az.6.02.2022. "Ötən həftə London məhkəməsi tərəfindən Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus 5,6 milyon funt sterlinq məbləğində vəsaitin müsadirə olunması haqqında qəbul etdiyi qərar mövcud hakimiyyətin dönəmində Azərbaycan dövlətinin adına vurulan növbəti ləkə kimi qiymətləndirilir. Eyni zamanda, bu qərar Azərbaycanın dövlət məmurları ilə yanaşı, Cavanşir Feyziyevin timsalında xalqın iradəsindən kənar yollarla Milli Məclis üzvü "seçilərək" toxunulmazlıq hüququ qazanan monopolistlərin çirkli pulların yuyulması prosesində birbaşa iştirak etdiklərini söyləməyə əsas yaradır".

Newscenter.az xəbər verir ki, bu fikirlər Vətəndaş və İnkişaf Partiyasının bəyanatında əksini tapıb. Partiya bildirir ki, lakin London məhkəməsinin məlum qərarından sonra xalqın qarşısına çıxaraq üzr istəməli olan Cavanşir Feyziyev özünə yaxın olan media oqanlarında dərc etdirdiyi "açıqlama"sında "pulyuma prosesi"ni işıqlandıran jurnalistləri və bu barədə fikir bildirən siyasətçiləri öz səviyyəsinə uyğun şəkildə təhqir etməkdən belə çəkinməyib:

"Vətəndaş və İnkişaf Partiyası (VİP) London məhkəməsinin Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus külli miqdarda vəsaitin müsadirə edilməsi haqda qərarını əsas götürərək, bu şəxs barəsində hüquq müstəvisində təcili araşdırmalara başlanılmasını, onun təhqir etdiyi jurnalistlərdən və siyasətçilərdən üzr istəməsini və Mətbuat Şurasi idarə Heyətinin üzvlüyündən çıxarılmasını tələb edir".

Mehman
Xəbəri paylaş