Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev şəhər Hava limanının rəhbər heyəti ilə görüşüb



Newscenter.az.6.02.2022. YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Yevlax şəhər Hava limanının rəhbər heyəti ilə işgüzar görüş keçirib.

Newscenter.az xəbər verir ki, görüş çərçivəsində çıxış edən Rafiq Əliyev Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin güclü siyasi iradəsi ilə tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi daim yüksək səviyyədə özünü təsdiq etdiyini, ümumilikdə partiyanın “Yeni, müstəqil Azərbaycan uğrunda” ideyasından çıxış edərək, dövlət siyasətinin həyata keçirilməsi istiqamətindəki əsas rolundan geniş bəhs edib.

Rafiq Əliyev bildirdi ki, böyük milli ideologiyanın layiqli davamçısı, YAP-ın sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizin milli maraqları naminə apardığı siyasət ətrafında xalqımızın sıx birləşməsi, Prezident-Xalq-Ordu birliyinin vəhdət təşkil etməsi məhz Vətən müharibəsində Azərbaycanın şanlı Qələbə qazanmasını təmin edib. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Yevlaxda yenidən qurulan Hava limanının bütün beynəlxalq standartlara cavab verən bir aeroport olduğunu qeyd edən Rafiq Əliyev partiyamızın Sədrinin bütün sahələrə olduğu kimi nəqliyyat sahəsinə də göstərdiyi xüsusi diqqət sayəsində Azərbaycanın bugün artıq bir logistika-nəqliyyat mərkəzinə çevirilməsindən, eyni zamanda ölkəmizdə davamlı olaraq böyük infrastruktur layihələrinin həyata keçirilməsindən danışıb.

Məruzə ətrafında çıxış edən nümayəndələr Rafiq Əliyevi şərəfli və məsuliyyətli vəzifəyə təyin olunması münasibətilə təbrik edib, daim YAP -ın Sədri cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin ətrafında sıx birləşdiklərini qeyd etdilər.

Daha sonra dünyada və regionda yeni yaranmış reallıqlarla əlaqədar YAP-ın 2021-ci il 5 mart tarixdə keçirilən VII Qurultayından, Partiyanın Sədri cənab İlham Əliyevin bu istiqamətdəki müvafiq sərəncamlarından ətraflı danışaraq, Partiyanın yeni qəbul olunan Nizamnamə, Proqram və Əsasnaməsinə uyğun olaraq rayonda müvafiq ərazi partiya təşkilatlarının yeni tərkibdə formalaşdırılması üçün hesabat-seçki yığıncağının yaxın müddətdə keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Mehman
Xəbəri paylaş