Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zaur Məmmədov yazır: COVİD bizə nəyi öyrədə bilmədi?



Newscenter.az.6.02.2022. COVID 19 əslində insanlığa bir dərs olmalı idi. Həyatın 1 saniyədən sonra sönə biləcəyi haqqında dərs. Milyonlarla insanın ölümünə baxmayaraq bəşəriyyət hələ də olanlardan dərs çıxarmadı. Hərçənd, həyatın çox qısa olduğunu, səhərin açılmasının sual altında olduğunu insan başa düşməli və yaxınlarına, qohumlarına, iş yoldaşlarına, ümumillikdə ətrafındakılara hümanist yanaşmalı idi.

Dünyanı cənginə alan və yaşından asılı olmayaraq hər kəsin gözü qarşısında yaxınlarını, tanışlarını bu dünya ilə həmişəlik vidalaşdıran COVİD 19 həyatın əsl fəlsəfəsinin şərdə deyil, xeyir işlərdə olduğunu öyrədə bilmədi. İnsanlığı bir - birinə qarşı dözümlü və mərhəmətli olmağı öyrədə bilmədiyi kimi.
- COVİD 19 - milli dövlət institutlarına ciddi zərbə vurdu.

Covid 19 siyasətçilər üçün isə, bir dərs oldu. Onlar suveren və müstəqil olmadıqlarının, bütün dünyanın kobud dildə desək "300 komitə" tərəfindən idarə olunduğunu başa düşnüş oldular. Beləliklə, bəşəriyyət tələdəki siçan kimi yeni sınaqlar dövrünə qədəm qoymaqdadır.

Beləliklə, dünya 2022 - ci ilə total nəzarət altında daxil oldu. Məlum olmaqdadır ki, maliyyə, təhsil, səhiyyə və digər ictimai institutların hamısı ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, total nəzarət təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi şüuru nəzarət səviyyəsinə çatdırılıb. Tanıdığımız beynəlxalq təşkilatlar isə, ÜST'ün timsalında bunu bir daha gördük, onların maraqlarına xidmət edir və onlar tərəfindən idarə olunurlar.

Hazırda əsas hədəflərdən biri kriptovalyutalarla bağlı olacaq. Dünyadakı bütün nəğd pul kütləsi elektron pullarla əvəz olunmalı, həm qlobal, həm də ayrı-ayrı ölkələrin daxilindəki topdan və pərakəndə ticarət bütünlüklə elektron kartlar vasitəsilə aparılmalıdır. Bu yolla tədricən dünya üzrə vahid pul vahidinin qəbul edilməsi üçün zəmin hazırlanacaq və vaxtı yetişdikdə bütün ölkələr həmin pul vahidinə keçəcəklər. Beləcə milli valyutalar və onlara nəzarət edən milli banklar öz əhəmiyyətini itirəcək və nəzarət bütünlüklə Bildelberq komitəsinin üzvlərinə keçəcəkdir.

Total idarəçilik, həm də,insanların həyatına aiddir.Elektron hökumətlərin qurulmasının da bəlli məqsədləri var, insanların bank hesabları, elektron pasport və tibbi kartları vahid informasiya bazasına daxil edilir. Beləcə, dünya daha asanlıqla idarə olunacaq.

Zaur Məmmədov-politoloq
Xəbəri paylaş