Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abşeron magistral kanalında genişmiqyaslı təmizləmə işləri aparılır



Newscenter.az.7.02.2022. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, Abşeron Suvarma Sistemləri idarəsi tərəfindən rayon ərazisində meliorativ tədbirlər fasiləsiz olaraq davam edir. İdarə növbəti suvarma mövsümünə hazırlıqla bağlı Abşeron magistral kanalında genişmiqyaslı lildən və tullantılardan təmizləmə işlərini həyata keçirir. Təmizlik işləri ilə əlaqədar olaraq kanalın əksər hissələrində suyun hərəkəti dayandırılıb.

Qol kanalları ilə birlikdə ümumi uzunluğu 100 kilometrdən artıq olan Abşeron magistral kanalı bir-neçə istiqamətdə maşın mexanizmlər tərəfindən təmizlənir. Hazırda 4 istiqamətdə davam edən işlər Maştağa və Zirə ərazilərində, bundan başqa Saray qəsəbəsi və Goradil ərazilərində həyata keçirilir. Mütəmadi görülən işlərə baxmayaraq kanalın bəzi hissələrində, əsasən də yaşayış məntəqələrindən keçən ərazilərində tez-tez çirklənmə halları baş verir. Bunun üçün Abşeron Suvarma Sistemləri İdarəsi tərəfindən dəfələrlə aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq hələ də tullantılar kanala atılır. İdarədən bildirildi ki, görülən təxirəsalınmaz işlər bundan sonra da davam edəcək.

Magistral kanal üzərində mövcud olan nasos stansiyaların hər birində növbəti suvarma mövsümünə hazırlıq məqsədilə təmir işləri aparılır. Bu məqsədlə idarənin əməkdaşları nasos stansiyalarda baş verən hər hansı bir nasazlığı dərhal aradan qaldırır. Bu nasos stansiyalar sayəsində bütün böyük təsərrüfatlar suvarılır. Suvarılmada magistral kanalla yanaşı su tutarlarından da istifadə olunur.

Qeyd edək ki, Abşeron Suvarma Sistemləri İdarəsinin xidməti ərazisində 18.000 hektar suvarılan əkin sahəsi mövcuddur. Həmin sahələrdə kənd təsərrüfatı bitkiləri, taxıl və zəfəran əkilib, badam və zeytun bağları salınıb. Gələcəkdə suvarılan torpaqların sahəsinin 22 min hektara çatdırılması nəzərdə tutulur.

Sevinc
Xəbəri paylaş