Newscenter.az.7.02.2022. Bakıda avtomobilinə yanacaq doldurdan şəxs pulunu ödəməyərək qaçıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Polis idarəsinin (RPİ) 32-ci Polis Bölməsinə fevralın 2-də Qaraçuxur qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində “Chevrolet” markalı avtomobilin sürücüsünün 48 manat dəyərində yanacaq doldurduqdan sonra pulu ödəməyərək getməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Hüseynov müəyyən edilərək saxlanılıb.
Suraxanı RPİ-də araşdırma aparılır.