Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BNA-nın taleyi barədə belə ciddi qərar qəbul ediləcəyi gözlənilən idi



Newscenter.az.7.02.2022. "BNA-nın taleyi barədə belə ciddi qərar qəbul ediləcəyi gözlənilən idi. Bu gün verilən fərmanın davamı da olacaq, yəqin ki".

Newscenter.az xəbər verir ki, bu fikirləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov səsləndirib. Onun sözlərinə görə, çünki hazırda bu qurumun səlahiyyətlərində onun üçün xarakterik olmayan müəyyən məsələlər var:

"Bu qurum üçün ən uyğun olmayanı dayanma və durma qaydalarının pozulmasına nəzarət və buna görə cərimə tətbiqidir. Ehtimal edirəm ki, yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək".

Ərşad Hüseynov onu da vurğulayıb ki, bu gün verilən fərman əslində BŞİH tabeliyində BNA-nın fəaliyyət istiqamətlərinin əsas konturlarını qismən də olsa, göstərir:

"Birincisi, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili sahəsində həyata keçirilən fəaliyyət, ikincisi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyət və üçüncü, taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyət. Qeyd edilənlərdən başqa, yeni formatda BNA paytaxtda müasir mobilliyi, şəhər mühitinin yenilənməsini, "hər şey avtomobillər üçün" prinsipindən "hər şey insan üçün" prinsipinə keçidi tədricən təmin etməlidir. Sözsüz ki, söhbət bu sahəslərdə həyata keçirilən fəaliyyətin ümumi təşkilindən və dövlət adından idarə edilməsindən gedəcək. Hər bir halda ümid edək ki, işlər yaxşılığa doğru gedəcək".

Mehman
Xəbəri paylaş