Newscenter.az.8.02.2022. İşğaldan azad edilən ərazilərdə 5 modul tipli xəstəxana tikiləcək.
"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib.
Onun sözlərinə görə, artıq Şuşada inşası başa çatan modul tipli xəstəxana istifadəyə verilib: “Hazırda Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan və Qubadlıda modul tipli xəstəxanaların tikilməsi ilə bağlı sənədləşdirmə işləri həll edilir. Bu rayonların hər birində gələcəkdə böyük xəstəxanalar tikiləcək, ancaq modul tipli xəstəxanalar müvəqqəti xəstəxana kimi istifadə olunacaq”.